Logo

Məşhur türkiyəli aktrisa vəfat etdi

14.05.2024 11:16 189 baxış
IMG

Məşhur türkiyəli teatr və kino sənətçisi Ayten Gökçer vəfat edib

Tehsil.biz türk mətbuatına istinadən xəbər verir ki, o, 84 yaşında dünyasını dəyişib.

Aktrisa 1960-cı illərdən bu yana bir çox tamaşa və filmlərdə rol alıb.

Ayten Gökçer “Taçsız kral”, “501 numaralı hücre”, “İçli kız Funda”, “Damdakı kemancı”, “Anneler günü”, “IV. Murat”, “Bağdat hatun”, “Önce Canan”, “Elif Ana”, “Hoşçakal Güzin”, “İstanbul kırmızısı” kimi filmlərdə, “Yılan hikayesi”,  “Boss kim” və “Çat kapı” kimi seriallarda unudulmaz obrazlar yaradıb.

Xəbər lenti