Logo

AİA-nın tələbəsi Avropa Universitet Oyunlarının qalibi olub

26.07.2024 15:38 777 baxış
IMG

Macarıstanda keçirilən V Avropa Universitet Oyunlarında Azərbaycan İdman Akademiyasının Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin tələbəsi Fərid Savadov karate yarışlarında çempion olub. Yarışda öz bacarığını və əzmkarlığını nümayiş etdirərək, ölkəmizi layiqincə təmsil edən Fərid Savadov finalda Macarıstan təmsilçisi ilə qarşılaşıb. Gərgin və həyəcan dolu çempionluq döyüşündə tələbəmiz 1:0 hesabı ilə qələbə qazanıb və qızıl medala layiq görülüb.

Xəbər lenti