Logo

Azərbaycan badmintonçuları Avropa Universitet Oyunlarında mübarizəyə başlayırlar

19.07.2024 15:18 1190 baxış
IMG

Debretsen, 19 iyul, TEHSİL.BİZ

Macarıstanın Debretsen şəhərində tələbələr arasında keçirilən Avropa Universitet Oyunlarında bu gün badminton yarışları start götürəcək.

TEHSİL.BİZ xəbər verir ki, ilk gündə Azərbaycan İdman Akademiyasının 4 idmançısı mübarizəyə başlayacaq.

Aqil Qabilov, Rəvan Niftəliyev, Nərmin Şərifova və Nigar Əliyevadan ibarət kollektiv komanda yarışında Böyük Vitovt Universitetinin (Litva) tələbələri ilə üz-üzə gələcəklər.

Badminton yarışlarına iyulun 24-də yekun vurulacaq.

Xəbər lenti