Logo

Dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb.

26.07.2024 10:02 1125 baxış
IMG

Dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Müsabiqədə qalib olan 25 nəfərdən 4-ü Bakı Dövlət Universitetinin məzunudur.

Müsabiqədə qalib olan BDU məzunları aşağıdakılardır:

Şahlar Məmmədov – BDU-nun Hüquq fakültəsində “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, “Mülki və təsərrüfat hüququ” ixtisaslaşması üzrə magistratura təhsili alıb.

Səbuhi Göyüşov - BDU-nun Hüquq fakültəsində “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr təhsili alıb.

Eyyub Fətəliyev - BDU-nun Hüquq fakültəsində “İnsan hüquqları” ixtisaslaşması üzrə magistratura təhsili alıb.

Nicat Qocayev – BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr, “Ölkəşünaslıq (ölkələr üzrə)” ixtisaslaşması üzrə magistratura təhsili alıb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Qaliblərin adları kadr ehtiyatı bankına daxil edilir, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors) və hər biri 20 min AZN məbləğində özünüinkişaf mükafatı əldə edirlər.

Məzunlarımızı təbrik edirik!

Xəbər lenti