Logo

BDU-da astronomik müşahidə günləri keçiriləcək

23.07.2024 12:03 761 baxış

Avqustun 1-3-də Bakı Dövlət Universitetində (BDU) “Sky Observation Festival 2024” (SOF 2024) layihəsi çərçivəsində astronomik müşahidə günləri keçiriləcək.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi tələbələrin astronomiyaya marağını artırmaq, onları bu sahədə dünyada aparılan müasir tədqiqatlar və istifadə olunan yüksək texnologiyalarla tanış etməkdir.

Açıq formatda keçiriləcək festivalın digər məqsədi isə maraqlananları göy cisimləri ilə tanış etmək, müxtəlif mövzular ətrafında müzakirələr aparmaq, elmi-kütləvi tədbirlər keçirməkdir.

“SOF 2024” festivalı çərçivəsində BDU tələbələri arasında “Astronomy Quiz” müsabiqəsi keçiriləcək. Müsabiqə haqqında ətraflı məlumat almaq və ona qatılmaq üçün aşağıdakı linkə daxil olmaq lazımdır: https://docs.google.com/forms/d/1E0oCZ9xyfP89enCIsMjw1qGa2-BpjkzcCZrw0-VjESw/edit

Xəbər lenti