Logo

Yeni universitetlər və onların plan yerləri

24.07.2024 11:29 1444 baxış
IMG

Bu il, 2024-cü ildə abituriyentlərin ixtisas seçimi zamanı Abituriyent 4 jurnalında görəcəkləri yeni universitetlər və onların plan yerləri.

Doğma Xankəndində yerləşən Qarabağ Universitetində 1120 tələbə qəbulu həyata keçiriləcək.

Həmçinin Türkiyə Azərbaycan və İtaliya Azərbaycan Universitetlərinə də bu il ilk dəfə qəbul həyata keçiriləcək ki, bu da universitetlərimiz arasında, xüsusilə texniki və mühəndislik ixtisaslarına qəbul həyata keçirən ali təhsil müəssisələri arasında rəqabət mühitini yaradacaq.

Çünki valideynlər və abituriyentlər köhnə, heçbir ciddi uğuru olmayan Universiteti seçmək istəmir.

Təhsilimiz üçün xeyirli, uğurlu olsun.

 

Xəbər lenti