Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) daha bir nüfuzlu beynəlxalq elmi quruma – Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına (IAP) üzv seçilib.
AMEA-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, bu münasibətlə təşkilatın rəhbərliyi adından AMEA-ya təbrik məktubu göndərilib.
Məktubda deyilir:
"Akademiyalararası Tərəfdaşlıq Assosiasiyası (IAP) adından məmnuniyyətlə bildiririk ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) IAP İdarə Heyəti tərəfindən İAP üzvlüyünə qəbul edilib.
Tam üzvlük sertifikatı 2025-ci ildə keçiriləcək növbəti IAP Baş Assambleyası tərəfindən təqdim olunacaqdır".
Məlumat üçün bildirək ki, AMEA 2023-2024-cü illərdə Beynəlxalq Elmi Şura, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası və Avrasiya Universitetlər Birliyi kimi akademik qurumların da üzvü seçilib.