UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin tələbəsi Amin Zərbaliyev beynəlxalq təcrübə proqramına qəbul olub.
Tələbəmiz Türkiyədə dünya ölkələrinin gəncləri arasında Azərbaycanı təmsil edəcək.
Təcrübə proqramı gənclər arasında milli mədəniyyəti bölüşmək və paylaşmaqla şəxsi inkişaf, eləcə də özünü kəşfetmə imkanları yaradır. Eyni zamanda millətlərarası tolerantlıq, təlimçilik bacarıqları və digər mövzuları əhatə edir.
Proqramı uğurla bitirən gənclərə BMT-nin xüsusi sertifikatı təqdim olunacaq.
Həmçinin bu gün Aminin doğum günüdür!
Onu təbrik edir və uğurlar arzu edirik!