Logo

UNEC-dəki ixtisasların tanıtımı

25.07.2024 09:47 878 baxış
IMG

“Maliyyə” ixtisası:

4 dildə (azərbaycan, ingilis, türk, rus) tədrisi aparılan “Maliyyə” II qrup üzrə yüksək bal toplayanaların ən çox seçim etdiyi ixtisasdır.

Bloomberg, “Maliyyə laboratoriyası”, maliyyə proqramları ilə təchiz olunmuş Korporativ auditoriyalarımızda tələbələrimizə maliyyə sektorunun tələb etdiyi praktiki bilik və bacarıqlara sahib olmaq üçün ideal mühit yaradılıb.

Ölkə üzrə yalnız UNEC-də yaradılmış Bloomberg Maliyyə laboratoriyasının terminalları tələbələrə dünya maliyyə bazarları barədə dolğun məlumatlar əldə etmək, analitik təhlillər aparmaq, maliyyə sektorunda rəqabətədavamlı mütəxəssis kimi yetişmək və beynəlxalq sertifikat qazanmaq şansı yaradır!

Qeyd edək ki, ölkənin aparıcı yerli və beynəlxalq qurumlarında maliyyə sahəsi üzrə rəhbər vəzifədə çalışanlar, eləcə də əməkdaşlar arasında ən çox say UNEC məzunlarının payına düşür. 

“Maliyyə” ixtisasına UNEC-də sahib ol, maliyyə dünyasında uğurlu karyeraya doğru ilk addımı at!

 

Xəbər lenti