Logo

"Sektorda bir-biri ilə rəqabət etməyən universitetlərimiz qlobal reytinqlərdə də ürəkaçan yer tutmur"

21.07.2024 12:23 839 baxış
IMG

Azərbaycanda onlarla özəl və dövlət ali təhsil müəssisələri var. Artıq abituriyentlər imtahanlarının əksəriyyətini başa vurub, təhsil alacaqları müəssisələri seçmək üçün növbəti prosesin başlanılmasını gözləyir.

  • Hansı ali təhsil müəssisəsinin sektordakı imici daha üstündür, hansı ali təhsil müəssisəsində təhsil nisbətən daha mükəmməldir, hansı təhsil müəssisəsinin məzunları əmək bazarına tez daxil ola bilir?

Təhsil məsələləri üzrə ekspert İlham Məmmədov  açıqlamasında bildirib ki, Azərbaycanda universitetlərin ölkədaxili reytinqləri tərtib olunmur. Ekspertin sözlərinə görə, bu, əvvəllər var idi, bir müddət sonra daha tərtib edilmədi. Qlobal reytinqlər var və qlobal reytinqlərdə Azərbaycan universitetlərinin vəziyyəti xoşagəlməz haldadır.

 

Təhsil eksperti İlham Əhmədov İlham Əhmədov

 

Ekspertin sözlərinə görə, 2004-cü ildən başlayaraq dünya universitetlərin reyting cədvəli tərtib olunur.

Tələbələrin universitet seçiminə gəldikdə, İlham Əhmədov bildirib ki, Azərbaycanda universitetlər arasında rəqabət yoxdur.

“Heç bir sahədə rəqabət yoxdur. Təhsildə də yoxdur universitetlər arasında da rəqabət yoxdur. Ona görə də tələbə seçəndə ya təhsil haqqına görə, ya hansısa ixtisasın populyar olmasına görə, ya da “hara balım çatırsa, ora düşüm” prinsipinə görə seçir. Yəni tələbələr arasında belə rəqabət yoxdur. Bizim universitetlərimiz qlobal inkişafdan xeyli geridə qalmış kimsəsiz adada qalan universitetlərdir, sanki”-deyə İlham Əhmədov bildirib.

Xəbər lenti