Logo

Tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilmə çərçivəsi

25.07.2024 09:58 832 baxış
IMG

Təhsil İnstitutu tərəfindən 25 iyul tarixində saat 17:00-da “Tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilmə çərçivəsi (Tapşırıq nümunələri əsasında mövzuların izahı – 2)” adlı vebinar baş tutacaq.

Vebinarda spiker qismində Aberdin Universitetinin doktorantı Fərqanə Seyidli və “Cahan” körpələr evi-uşaq bağçasının metodisti, təlimçi, mentor Səbinə Rəhimova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

Xəbər lenti