Logo

Dövlət İmtahan Mərkəzində iyulun 19-da GRE imtahanı keçiriləcək

17.07.2024 13:04 405 baxış
IMG

ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı 2024-cü il iyulun 19-da Dövlət İmtahan Mərkəzinin Binəqədi  rayonu Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində (TÜRKPA-nın yanı) yerləşən elektron imtahanlar korpusunda təşkil olunacaq.

İmtahanda iştirak edəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. 

İmtahan saat 09:00-da başlanır.

GRE General Test imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

 

Xəbər lenti