Logo

DİM-in fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanı

24.07.2024 15:51 1085 baxış
IMG

Məlum olduğu kimi, 23 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Fərman imzalanıb.

Dəyişikliyə əsasən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılıb.

Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə cari rəhbərliyi isə 3 (üç) üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.

Dövlət İmtahan Mərkəzinin yeni Nizamnaməsi, həmçinin Müşahidə Şurası və İdarə Heyətinin üzvləri haqqında rəsmi məlumatlar Mərkəzin saytının müvafiq bölməsinə əlavə edilib. Ətraflı məlumatla saytın “Mərkəz”~”Ümumi məlumat”~”İdarəetmə orqanları” altbölmələrində tanış olmaq mümkündür.

Xəbər lenti