BSU-nun tələbələri Bolqarıstanda beynəlxalq yay məktəbində iştirak edir.
Bakı Slavyan Universitetinin (BSU) tələbələri və Balkanşünaslıq kafedrasının müəllimi Leyla Ocaqverdiyeva Bolqarıstan Respublikasında təşkil olunan beynəlxalq yay məktəbində iştirak edirlər.
BSU-nun əməkdaşlıq etdiyi Bolqarıstan Respublikasının Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universiteti və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti tərəfindən təşkil olunan “Bolqar dili və mədəniyyəti” adlı beynəlxalq yay məktəbi, bolqar dili üzrə təhsil alan tələbələrin dil bacarıqlarının təkmilləşdirilməsi və bolqar mədəniyyəti ilə daha yaxından tanış olmalarına imkanlar yaradır. Bu proqram, onların dil və sosial bacarıqlarının inkişafına, müxtəlif ölkələrdən olan həmyaşıdları ilə dostluq əlaqələrinin qurulmasına zəmin yaradır.
Qeyd edək ki, 12 iyulda başlayan yay məktəbi avqustun 2-dək davam edəcək.