Logo

"Yaşıl dünya və ədəbiyyatın məsuliyyəti" adlı seminar keçiriib

26.07.2024 16:36 795 baxış
IMG

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Yaşıl dünya və ədəbiyyatın məsuliyyəti” mövzusunda seminar keçirilib.

 

AMEA-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, seminarda Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova “Ekokritisizm və Azərbaycan nəsri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi ədəbi əsərlərdə təbiətin tərənnüm edilməsi, ekoloji həssaslığa uyğunluğu, süjetlərdə ətraf-mühitin rolunun müəyyənləşdirilməsi kimi məsələlərə aydınlıq gətirib. O bildirib ki, ədəbi mətnlərdə istifadə edilən təbiət təsvirləri mütləq şəkildə ekoloji düşüncənin formalaşmasına xidmət etməlidir.

 

Daha sonra məruzə ətrafında müzakirələr aparılıb.

 

Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini Fərhad Əzizov, professor Firədun İbrahimov, Tarix, arxeologiya və epiqrafika şöbəsinin müdiri Rahim Həsənov, həmin şöbənin əməkdaşları - Ələddin Sultanov, Aygül Xəlilova, Habil Xəlilov, Ekoloji coğrafiya şöbəsinin müdiri Qafqaz Ağabalayev, Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin müdiri Təranə Abdullayeva məruzə haqqında fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

 

 

 

Xəbər lenti