2024-cü ildə orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 10 min 930 plan yeri ayrılıb.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, ötən il müvafiq göstərici 10 min 752 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 26 min 516 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 29 min 445 nəfərin müsabiqədə iştirak hüququ var idi.
Qeyd edək ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə iyulun 26-dan avqustun 5-dək qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.