Logo

BSU-nun tələbələri beynəlxalq “Yay universiteti” layihəsində iştirak ediblər

24.07.2024 15:16 840 baxış
IMG

BSU-nun tələbələri Kazan şəhərində keçirilən beynəlxalq “Yay universiteti” layihəsində iştirak ediblər.

8-22 iyul 2024-cü il tarixlərində Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində xarici tələbələr üçün təşkil olunmuş beynəlxalq “Yay universiteti” layihəsində Bakı Slavyan Universitetinin (BSU) tələbələri də iştirak ediblər. Tədbirdə tələbələrlə yanaşı, qrup rəhbəri olaraq BSU-nun Pedaqogika və psixologiya kafedrasının əməkdaşı Arzu Məmmədova da iştirak edib.

Kazan Federal Universiteti tərəfindən Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihəyə Azərbaycanla yanaşı, dünyanın 13 ölkəsindən, o cümlədən Belarus, Cənubi Afrika Respublikası, Braziliya, Çin, Hindistan, İran, Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və digər ölkələrdən 400 tələbə qatılıb. Tələbələr “Qlobal kənd”də məskunlaşaraq müxtəlif dil, din və mədəniyyətlərə mənsub yaşıdları ilə tanış olmaq və dostluq əlaqələri qurmaq imkanı əldə ediblər.

Layihə çərçivəsində tələbələr təmsil etdikləri ölkə və universitetlər haqqında təqdimatlarla çıxış ediblər, həmçinin maraqlı mədəni proqramlarda iştirak edərək Kazan şəhərinin tarixi və memarlığı ilə yaxından tanış olublar.

 

Xəbər lenti