Logo

MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır

26.07.2024 15:34 857 baxış
IMG

Bu gündən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır.  
 

Bu mərhələdə vakant yer seçmək imkanı əvvəlcə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir.
 

Namizədlər 26 iyul saat 11:00-dan 28 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla seçim edə biləcəklər. 
 

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsində keçid balını toplamış şəxslər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri ardıcıllığa əsasən aparılır.

 

 

 

Xəbər lenti