Logo

2024/2025-ci tədris ilində Azərbaycan Turizm və Menecment Universitetinə (ATMU) magistr pilləsi üzrə qəbul olan tələbələrin nəzərinə!

17.07.2024 10:40 294 baxış

ATMU-ya 2024/2025-ci tədris ili üçün qəbul olunmuş tələbələr 9–18 iyul 2024-cü il tarixlərdə (18 iyul saat 18:00-dək) portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa (ixtisaslaşmaya) yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcəkdir.

Qeydiyyat üçün tələbələrin AKTİV istifadə etdikləri elektron poçt ünvanının (e-mail) olması vacibdir! Həmçinin qeydiyyat zamanı portalda tələbələrin iş nömrəsi və parolu tələb olunur.

Ətraflı: https://atmu.edu.az/az/web/post/1049

Qeydiyyat və sənədlərlə bağlı ətraflı məlumat üçün:

Ünvan: Bakı şəhəri, Nərimanov ray., Koroğlu Rəhimov küçəsi, 822/23-cü məhəllə

Fakültə: Turizm və qonaqpərvərlik

İxtisasın adı: Turizm və otelçilik

İxtisaslaşmanın adı: Turizm işi; Otelçilik; Beynəlxalq turizm və ölkəşünaslıq.

İxtisas: MBA, Biznesin təşkili və idarəedilməsi (turizm və otelçiliyin idarə edilməsi)

Əlaqə nömrəsi: +994 12 564 42 33 (daxili 112)

Fakültə: Biznes idarəçiliyi

İxtisasın adı: Maliyyə

İxtisaslaşmanın adı: Maliyyə menecmenti; Maliyyə nəzarəti və audit.

İxtisas: İqtisadiyyat

İxtisaslaşma: Turizmin iqtisadiyyatı.

İxtisas: Menecment

İxtisaslaşma: Menecment (sahələr üzrə).

İxtisas: MBA, Biznesin təşkili və idarəedilməsi (bank və sığortanın idarə edilməsi)

Əlaqə nömrəsi: +994 12 564 42 33 (daxili 128)

Fakültə: Sosial menecment

İxtisasın adı: Beynəlxalq münasibətlər;

İxtisaslaşma: Beynəlaxalq mədəni əlaqələr tarixi və nəzəriyyəsi.

İxtisas: Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

İxtisaslaşma: Muzeyşünaslıq; Arxeoloji və tarixi memarlıq abidələrinin mühafizəsi.

İxtisas: Qida məhsulları mühəndisliyi

İxtisaslaşma: Qida təhlükəsizliyi

İxtisas: Sosial iş

İxtisaslaşma: Əhalinin sosial müdafiəsi; Əhalinin əmək və həyat şəraitinin yaxşılaşdırılması.

İxtisas: MBA, Biznesin təşkili və idarəedilməsi (ərzaq məhsullarının keyfiyyətinin idarə edilməsi); Biznesin təşkili və idarəedilməsi (sosial işin texnologiyası üzrə)

Əlaqə nömrəsi: +994 12 561 60 98 (daxili 206)

Qeyd: Magistratura səviyyəsi üzrə ATMU-ya ödənişli əsaslarla qəbul olan bakalavrlar portal.edu.az platformasında qeydiyyatdan keçdikdən sonra qəbul olduqları ixtisas (ixtisaslaşma) üzrə təhsil haqqını hissə-hissə (50% I semestr qeydiyyat vaxtı, 50% II semestr) ödəyə bilərlər.

Xəbər lenti