Logo

Avropa Universitet Oyunları

21.07.2024 18:38 739 baxış
IMG

Avropa Universitet Oyunları: Azərbaycan badmintonçularından ibarət komanda Macarıstana qalib gəlib

Macarıstanın Debretsen şəhərində keçirilən tələbələrin Avropa Universitet Oyunlarında badminton üzrə komanda yarışlarına yekun vurulub.

Tehsil.biz xəbər verir ki, D qrupunda mübarizə aparan Azərbaycan İdman Akademiyasının tələbələri son matçda Macarıstanın Mişkolts Universitetinin idmançıları ilə qarşılaşıblar.

Azərbaycan komandası qarışıq qoşa kateqoriyası, kişi və qadın badmintonçuların şəxsi yarışlarının hər iki setində rəqibə qalib gəlib.

Yekun nəticələrə əsasən, Azərbaycan təmsilçiləri yer aldığı qrupu sonuncu - dördüncü pillədə başa vurublar.

Komanda buna qədər keçirdiyi oyunlarda Fransa, Litva, Macarıstan kollektivlərinə uduzub.

İyulun 22-də badmintonçuların şəxsi yarışlarına start veriləcək. Yarışlar ayın 24-nə qədər davam edəcək.

Xəbər lenti