Logo

BSU-nun koordinatoru Kazan şəhərində keçirilən "Yay Universiteti" layihəsində iştirak edib

24.07.2024 15:11 905 baxış
IMG

Bakı Slavyan Universitetinin Yüksək təhsil mərkəzinin inklüziv təhsildə layihələr üzrə koordinatoru Arzu Məmmədova Kazan şəhərində keçirilən "Yay Universiteti" layihəsində iştirak edib.

8-22 iyul 2024-cü il tarixlərində Kazan şəhərində Rusiya Federasiyası Elm və Yüksək Təhsil Nazirliyinin Kazan Federal Universiteti ilə birgə təşkil etdiyi ”Yay Universiteti” layihəsi çərçivəsində KFU-nun Psixologiya və Təhsil İnstitutunda “Təhsildə Layihələrin İdarə Edilməsi” proqramı üzrə həyata keçirilən kursda Bakı Slavyan Universitetinin Yüksək Təhsil Mərkəzinin inklüziv təhsildə layihələr üzrə koordinatoru Arzu Məmmədova da iştirak edib.

İxtisasartırma kursunda Azərbaycanla yanaşı Tacikistan, Özbəkistan, Abxaziya, Belarus, Qazaxıstan, Türkmənistan, İran, Çin və digər ölkələrdən ümumilikdə 23 nəfər pedaqoq iştirak edib. Proqramın məzmunu KFU-nun Psixologiya və Təhsil İnstitutunun Ali Məktəb Pedaqogikası kafedrasının professor-müəllim heyəti tərəfindən hazırlanıb və həyata keçirilib.

Qeyd edək ki, təlimin məqsədi layihələrin idarə edilməsi sahəsində bilik və təcrübəni sistemləşdirmək və zənginləşdirməklə yanaşı perspektivli təhsil layihələrini effektiv və səmərəli qiymətləndirməyi öyrətməkdən ibarətdir.

 

 

 

 

Xəbər lenti