Logo

BSU-nun tələbələri Moskvada keçirilən beynəlxalq yay məktəbində iştirak edir

26.07.2024 10:35 643 baxış
IMG

BSU-nun tələbələri Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən beynəlxalq yay məktəbində iştirak edir.

19-28 iyul tarixlərində Moskva şəhərində Patris Lumumba adına Rusiya Xalqlar Dostluğu Universitetinin və Rus Dili İnstitutunun təşkil etdiyi rus dili və mədəniyyəti üzrə beynəlxalq yay məktəbində BSU-nun tələbələri də iştirak edir.

Proqram çərçivəsində intensiv rus dili kursları ilə yanaşı, Moskva muzeylərində sahə dərsləri də daxil olmaqla dinləyicilərə müasir Rusiyanın mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olmaq, həmçinin Moskva şəhərinin görməli yerlərini ziyarət etmək şəraiti yaradılır.

Beynəlxalq yay məktəbində Azərbaycanla yanaşı, Mali, Nigeriya, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Tacikistan, Livan, Hindistan və İndoneziyadan olan nümayəndələr də iştirak edir. Bu tədbir müxtəlif ölkələrin tələbələri arasında mədəniyyətlərarası dialoqu gücləndirmək və rus dili biliyini artırmaq məqsədini daşıyır.

 

 

Xəbər lenti