Logo

UNEC qlobal reytinqdə

20.07.2024 21:44 754 baxış
IMG

Webometrics Reytinq Agentliyinin bu gün açıqladığı dünya universitetlərinin reytinqinə əsasən, (Azerbaijan | Ranking Web of Universities: Webometrics ranks 30000 institutions) UNEC Azərbaycanın ən yaxşı universitetidir, birinci yerdədir.

Bu barədə TEHSİL.BİZə UNEC-dən bildirilib.
Məlumata görə, UNEC dünyanın 31606 universiteti arasında 2960-cı pilləyə yüksəlib. Ötən ilin iyul ayı ilə müqayisədə UNEC dünyada 684 pillə, yanvarla müqayisədə isə 38 pillə irəliləyib.

Beləliklə, UNEC dünyanın ən yaxşı 10 faiz universitetləri sırasına daxil olub. Eləcə də, UNEC Avropanın 5985 univetsiteti arasında 972-ci, Mərkəzi Şərqi Avropanın 2692 universiteti arasında isə 206-cı yerə yüksəlib.

Xəbər lenti