UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində 2024/2025-ci tədris ili üçün “Texniki və texnoloji” ixtisaslar üzrə tədris prosesində iştirak etmək istəyən müəllimlər üçün müsabiqə elan olunur.
Seçim zamanı informasiya texnologiyaları, dizayn, qida mühəndisliyi, texnoloji maşın və avadanlıqlar ixtisasları üzrə təcrübəli, yüksək pedaqoji keyfiyyətləri, UNEC laboratoriyalarında işləyə bilmək və digər zəruri bacarıqları olan namizədlərə üstünlük veriləcək. Müsabiqədə iştirak edən namizədlər “İqtisadi və texnoloji elmlər” kafedrasında tədris prosesinə tam ştat və 0,5 ştat əvəzçiliklə olmaqla, həmçinin saathesabı qaydada cəlb oluna bilərlər.
Tədris azərbaycan, ingilis və rus dillərində təşkil olunur. Fənlərin SİYAHISI əlavə olunur.
Tələblər:
- müvafiq elm sahəsi üzrə elmi dərəcəsi olmalıdır;
- xarici universitet məzunlarının diplomu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən tanınmalıdır;
- elmi məqalə, dərslik, fənn proqramının mövcudluğu arzu olunandır;
- ingilis bölməsində tədris olunan fənlər üzrə müvafiq (IELTS və TOEFL) dil sertifikatlarına malik olanlara üstünlük verilir (ingilis dilində təhsil almış məzunlardan dil sertifikatı tələb olunmur);
- əsas iş yerindən razılıq məktubu;
- ən azı iki bölmə (azərbaycan, ingilis və ya rus) üzrə tədris apara bilən namizədlərə üstünlük verilir;
Qeyd olunan tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Müraciət üçün sənədlər:
- CV (azərbaycan və ya ingilis dillərində);
- Elmi dərəcəni, yaxud elmi adı təsdiq edən diplomların (xaricdə təhsil alanlar üçün magistr diplomunun) surəti
- şəxsiyyət vəsiqəsinin surəti;
- sertifikatlar (əgər varsa).
Sənədlərin qəbulu üçün son tarix: 15.08.2024
Sənədləri təqdim etmək üçün e-mail: [email protected]
Müraciət edərkən tədris olunacaq fənnin adı emailin mövzu hissəsində qeyd olunmalıdır.
Əlaqə: 492 59 03 (1425)