Logo

Qərbi Kaspi Universitetinin tələbələri üçün Yunanıstanda təqaüdlə təhsil almaq imkanı

17.07.2024 12:58 465 baxış
IMG

Yunanıstanın Panteion Universiteti ilə Qərbi Kaspi Universiteti arasında Avropa Birliyi təhsil proqramı olan Erasmus+ çərçivəsində imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən Qərbi Kaspi Universitetinin bakalavr pilləsinin Beynəlxalq Münasibətlər və Politologiya sahələri üzrə təhsil alan iki tələbəsi 2021/2022 akademik ilinin yaz semesterində Panteion Universitetində təhsil alacaq.

Təhsil müddəti 4 ayı əhatə edəcək və hər ay ərzində tələbəyə yaşayış xərclərini qarşılamaq üçün 850 avro məbləğində təqaüd veriləcək, həmçinin tələbələrin səyahət xərclərinin qarşılanması üçün də Erasmus+ proqram tərəfindən tələbələrə 360 avro məbləğində qrant təqdim olunacaq. Eyni zamanda universitetimizin tələbələri Panteion Universitetinin kantinində gündə 3 dəfə heç bir ödəniş etmədən qidalana biləcəklər.

Bu məqsədlə Qərbi Kaspi Universiteti tələbələri arasında AÇIQ MÜSABİQƏ elan edir. Müsabiqədə hal-hazırda Beynəlxalq Münasibətlər və Politologiya sahələri üzrə təhsil alan II və III kurs tələbələri iştirak edə bilərlər.

Panteion Universitetində tədris ingilis dilində aparılacaq.

Nəzərə alın ki, seçim prosesinin son mərhələsində tələbələrin ingilis dili bilikləri yoxlanılacaq.

Tələbələrdən proqramda iştirak üçün heç bir məbləğ tələb olunmur. Bu imkandan yararlanmaq istəyən tələbələr Oktyabrın 20-ə qədər CV (Europass formatında) və Motivasiya məktublarını (Motivasiya məktubu 1 səhifə olmalıdır) ingilis dilində [email protected] ünvanına göndərə bilərlər.

Əlavə sualınız yarandığı təqdirdə [email protected] email ünvanına yaza və ya universitetin beynəlxalq əlaqələr şöbəsinə yaxınlaşa bilərsiniz. (Otaq 214, İstiqlaliyyət 31, Qərbi Kaspi Universitetinin İçərişəhər metrostansiyasının yaxınlığında yerləşən tədris binası)

Xəbər lenti