Logo

İlk dəfə tələbə qəbulu aparılacaq 3 universitetin plan yeri MƏLUM OLDU

25.07.2024 10:41 837 baxış
IMG

Bu il ilk dəfə tələbə qəbulu aparılacaq universitetlərin plan yerləri açıqlanıb.

TƏHSİL.BİZ  xəbər verirki 2024-2025-ci tədris ilində ilk dəfə Azərbaycanda 3 universitetə qəbul həyata keçiriləcək.

Bunlar Qarabağ Universiteti, Türkiyə-Azərbaycan Universiteti və İtaliya-Azərbaycan Universitetidir.

Bu il Xankəndidə yerləşən Qarabağ Universitetinə 1120 tələbə qəbulu həyata keçiriləcək.

Türkiyə-Azərbaycan Universitetinə 90 tələbə qəbul ediləcək.

İtaliya-Azərbaycan Universitetlərinə isə 160 qəbul yeri ayrılıb.

Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetində təhsil ödənişsiz, İtaliya-Azərbaycan Universitetində isə yalnız ödənişli olacaq.

Belə ki, İtaliya-Azərbaycan Universitetlərində 4 ixtisasa qəbul həyata keçiriləcək, hər bir ixtisasın illik təhsil haqqı 6000 manat təşkil edəcək.

Bu il iniversitetlərə ixtisas seçimi avqustun 10-dan sonra aparılacaq.

Qeyd edək ki, universitetlərinin qəbul planı haqda ilk məlumatı təhsil eksperti Kamran Əsədov açıqlayıb.
 

Xəbər lenti