Logo

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına əcnəbi tələbələrin qəbulu davam edir.

25.07.2024 15:20 899 baxış
IMG

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına (AƏSMA) 2024/2025-ci tədris ili üçün müvafiq ixtisaslar üzrə əcnəbi tələbələrin qəbulu davam edir.

Müraciətlər avqustun 31-dək qəbul edilir.

Əcnəbi tələbələr tərəfindən təqdim ediləcək sənədlərin siyahısı :

1. Əvvəlki təhsil pilləsində (səviyyəsində)keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notarial qaydada təsdiq edilmiş surəti (surətləri) ;

2. Sağlamlıq,o cümlədən QİÇS , Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış ;

3. 6 ədəd fotoşəkil (son 6 ayda çəkilmiş fotoşəkil ) ;

4. Beynəlxalq pasport (fotoşəkil olan səhifə ), pasportun etibarlılıq müddəti universitetə müraciət olunan tarixdən sonra ən azı 1 il 6 ay olmamalıdır.

5. Tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda )

6. Fəxri təltiflər, sertifikatlar , diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda );

Qeyd : 1. Azərbaycan Respublikası Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşayış icazəsi ( DYİ seriyası ) olan xarici vətəndaşlar AƏSMA –ya yalnız Azərbaycan Respublikasının Dövlət İmtahan Komissiyasının keçirdiyi test imtahanları əsasında qəbul ola bilərlər.

2. Xarici ölkə vətəndaşlığı ilə yanaşı ,Azərbaycan Respublikasının vətəndaşlığı olan şəxslərin əcnəbi vətəndaş qismində AƏSMA -ya sənəd təqdim etmələri qadağandır.Onlar Akademiyaya Azərbaycan Respublikasının Dövlət İmtahan Komissiyasının keçirdiyi test imtahanları əsasında qəbul ola bilərlər .

3. Xarici ölkə vətəndaşı Azərbaycan Respublikasının təhsil müəssisələrinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 ( doxsan ) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamasını təsdiq edən sənədin surətini qəbul olduğu təhsil müəssisəsinə təqdim etməlidir.

 

 

Xəbər lenti