Logo

Təhsildə Keyfiyyət Təminatı Agentliyi və İctimai Şuranın üzvləri arasında görüş keçirilib

20.07.2024 21:36 911 baxış

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Elm və Təhsil Nazirliyi yanında İctimai Şura arasında görüş keçirilib.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, keçirilən görüşdə təhsilin müxtəlif istiqamətləri üzrə təkliflər səsləndirilib, mövcud məsələlər müzakirə olunub, problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb. 

 

Eyni zamanda, TKTA-nın 2024-cü ilin I yarım ili üzrə keçirilən hesabatı şura üzvlərinə təqdim olunub. 

 

Tədbirdə qeyd olunub ki, TKTA bu ilin sonunadək 14 ali təhsil müəssisəsində "İbtidai sinif müəllimliyi" ixtisası üzrə proqram akkreditasiya qiymətləndirilməsini həyata keçirəcək. 3 ali təhsil müəssisəsində isə proqram akkreditasiyası keçirilmiş və qiymətləndirilmə prosesi davam edir. 11 ali təhsil müəssisəsində isə proqram akkreditasiya qiymətləndirməsi il sonunadək aparılacaq

Xəbər lenti