Logo

Azərbaycan Texniki Universitetinin (AzTU) Qeydiyyat və tələbələrlə iş qrupuna rəhbər vəzifəsinə vakansiya elan olunur.

17.07.2024 12:56 552 baxış
IMG

Tələblər:

· Ali təhsil (idarəetmə, təhsil idarəçiliyi və ya əlaqəli sahələrdə);

· Təhsil sahəsi üzrə 1-3 il iş təcrübəsi;

· Təhsil haqqında AR Prezidentinin, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazırliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək;

· Effektiv ünsiyyət və problem həlletmə və analitik düşünmə bacarığı;

· Komanda ilə işləmək bacarığı;

· Ms Office (Excel yüksək səviyyədə) proqramları üzrə sərbəst işləmə bacarığı;

· Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;

· Rus və ya digər dillər üzrə bilik arzuolunandır.

Əmək funksiyaları:

· Təhsil proqramları və tədris planları ilə işləmək;

· Diplom təsdiq sistemi, Tələbə Məzun Sistemi ilə işləmək;

· Müxtəlif növ hesabatlar hazırlaya bilmək;

· Fakültələrdən daxil olan məlumatları araşdırıb əmr layihələrini hazırlamaq;

· Tələbələrdən sənəd qəbulu, yay semestrinin təşkilini təmin etmək;

· Şöbəyə daxil olan qrupun işlərinə aid məktubları cavablandırmaq;

· Kənar təşkilatlardan, müxtəlif daxili struktur və qurumlardan daxil olan sorğu, hesabat, məlumatları hazırlamaq və cavablandırmaq;

· Tapşırılan digər fəaliyyətlərin icrasını həyata keçirmək.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 30.07.2024-cü il saat 18:00

 

Xəbər lenti