Logo

Azərbaycan komandası 5-ci Avropa Universitet Oyunlarında uğurla iştirak edib

19.07.2024 09:19 701 baxış
IMG

8 – 18 iyul tarixlərində Macarıstanın Debrecen şəhərində tələbələr arasında 5-ci Avropa Universitet Oyunları keçirilib.
 

Sözügedən turnirdə ölkəmizi futzal idman növü üzrə Azərbaycan İdman Akademiyasının komandası təmsil edib. Sözügedən komanda Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Azərbaycan Tələbə Liqasının qalibi olub.
 

Komandamız turnirdə Macarıstan (16:1), Almaniya (5:1), Polşa (4:1), Fransa (6:1) və Çexiya (7:4) təmsilçilərini məğlub edib. Çempionatın qalibi İspaniya komandası ilə dörddə bir finalda qarşılaşaraq 3:3 hesabı ilə bərabərlik əldə edib və penaltilər seriyasında məğlub olub.
 

Azərbaycan Tələbə Futbol Federasiyasından bildirilib ki, əzmlə mübarizə aparan komandamız yarışlar zamanı ümumilikdə 44 qol vurduğu halda, öz qapısından yalnız 15 qol buraxıb. 
 

Qeyd edək ki, Azərbaycan komandası futzal idman növü üzrə Avropa Universitet Oyunlarında uğurlu nəticə göstərib və tarixində ilk dəfə 5-ci yerə çıxıb.

 

Xəbər lenti