Logo

Məktəbəhazırlıq qruplarına qəbul məcburidir?

18.07.2024 09:59 671 baxış
IMG

“Məktəbəhazırlıq qruplarına qəbul icbari xarakter daşımır, lakin zəruridir”.

 

 Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib.

 

“Həmin uşaqların 1-ci sinfə qəbulunda məhdudiyyət yoxdur. Ola bilər ki, bəzi valideynlər övladlarını həmin qruplara qeydiyyatdan keçirə bilməsinlər. Amma bu o demək deyil ki, həmin uşaqlar 1-ci sinfə qəbul edilməyəcək. Belə bir məsələ yoxdur”.

Xəbər lenti