Logo

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

25.07.2024 13:43 896 baxış
IMG

Yeni tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasında magistratura pilləsində “Mədəniyyət hüququ” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.

İxtisaslaşma üzrə tədris proqramı mədəniyyət hüququnun beynəlxalq və milli müstəvidə əsaslı formalaşmasına və inkişafına təkan verəcək.  “Mədəniyyət hüququ” ixtisaslaşmasında mədəniyyətin hüquqi tənzimlənməsi, müvafiq qurumların sahəvi səlahiyyətlərinin öyrənilməsi, bu sahədə dövlət siyasəti, milli qanunvericiliyin səciyyəvi təhlili, mədəniyyat təsisatları tərəfindən göstərilən xidmətlərin hüquqi əsasları, mədəniyyət sahəsinin beynəlxalq müstəvidə tənzimlənməsi, mədəniyyət sahəsində insan hüquq və azadlıqlarının təmin edilməsi və s. istiqamətlər üzrə fərdi fənlərin tətbiqi nəzərdə tutulur.

İxtisaslaşmanın əsas məqsədlərindən biri də mədəni irsin qorunmasını təmin edəcək peşəkar hüquqşünasların hazırlanması üçün zəmin yaratmaqdır.

Xəbər lenti