Logo

Seçenov Universitetinin Bakı filialında yeni tədris istiqamətləri açılacaq

17.07.2024 15:28 644 baxış

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universitetinin) Bakı filialında yeni tədris istiqamətləri açılacaq və rezidenturaya yerlərin sayı artırılacaq. Bundan başqa, filialda elmi istiqamət inkişaf etdiriləcək, laboratoriyalar yaradılacaq və yeni layihələr hazırlanacaq.

TEHSIL.BIZ  xəbər verir ki, bunu Seçenov Universitetinin rektoru Pyotr Qlıboçko, universitetin Bakı filialının rektoru, professor Əziz Əliyevlə görüşünün yekunlarını şərh edərkən deyib.

“Görüşdə razılaşdırdıq ki, Bakı filialında rezidenturaya yerlərin, eləcə də tədris istiqamətlərinin sayı artırılacaq. Bu, təkcə “Müalicə işi” və “Əczaçılıq” yox, həm də digər istiqamətlər olacaq”, - deyə rektor qeyd edib.

Bundan başqa, görüşdə Seçenov Universitetinin Bakı filialının 2025-ci ildə 10 yaşı tamam olacağını nəzərə alaraq, yeni inkişaf mərhələsinin başlanacağı ilə bağlı qərar verilib. Pyotr Qlıboçko qeyd edib ki, yeni mərhələ elmi istiqamət, elmi layihələr, laboratoriyaların açılması və digər sahələri əhatə edəcək.

Rektorun sözlərinə görə, Seçenov Universiteti üç nəhəng amilin - təhsil, səhiyyə və elmin üzərində dayanır. O xatırladıb ki, universitet dünya səviyyəli rəqəmsal biodizayn və fərdi səhiyyə mərkəzinin yaradılması ilə məşğuldur. Habelə qabaqcıl Mühəndislik məktəbi artıq açılıb və tibb mühəndisləri yetişdirir. Universitetdə yeni “Sifarişli orqan” dövlət layihəsinə start verilib.

Xəbər lenti