Logo

BSU Vladimir şəhərində keçirilən beynəlxalq tədbirdə təmsil olunub

24.07.2024 15:24 899 baxış
IMG

Bakı Slavyan Universiteti Vladimir şəhərində keçirilən beynəlxalq tədbirdə təmsil olunub.

18-20 iyul 2024-cü il tarixlərində Rusiya Federasiyasının Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının Vladimir Regional Dostluq Evində “Dialoq” Beynəlxalq Diskussiya Klubunun iclası və Suzdalın 1000 illiyi şərəfinə təşkil olunan tədbirdə Bakı Slavyan Universiteti (BSU) təmsil olunub.

Tədbirdə “Dialoq” Beynəlxalq Diskussiya Klubunun rəhbəri və Rusiya Federasiyası Prezident Akademiyasının Vladimir filialının direktoru Vyaçeslav Kartuxinin təşəbbüsü ilə Rusiya, Azərbaycan, Hindistan, Çin, Türkiyə, Şri-Lanka, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Türkmənistan nümayəndələri mədəni irsin xalqların və dövlətlərin formalaşmasına, turizm sənayesinin inkişafına, bəşəriyyətin sosial tərəqqisinə təsirini müzakirə ediblər.

Qeyd edək ki, BSU-nun İbtidai təhsil kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Aytəkin Axundova tədbirdə “Mədəni irsin qorunması dövlətçiliyin möhkəmlənməsi amili kimi” mövzusunda çıxış edərək, Azərbaycanda bu istiqamətdə görülən işlər barədə dialoq iştirakçılarına ətraflı məlumat verib.

Bu tədbir BSU-nun beynəlxalq əməkdaşlığını genişləndirmək və mədəni irsin qorunması mövzusunda ölkələrarası dialoqun gücləndirilməsinə töhfə vermişdir.

 

 

 

 

 

 

 

 

 

Xəbər lenti