Logo

Nabranda “Təhsil” İstirahət Mərkəzinin yeni korpusu istifadəyə verilib

23.07.2024 09:31 890 baxış
IMG

Xaçmaz rayonunda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi  “Təhsil” İstirahət Mərkəzinin yeni korpusunu istifadəyə verib. 

Nabran qəsəbəsində baş tutan açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, ATİAHİ RK-ya üzv təşkilatların rəhbərləri iştirak ediblər.

“Təhsil” İstirahət Mərkəzi 2013-cü ildə istifadəyə verilib. Burada 10 hektardan artıq ərazdə 3 yaşayış korpusu, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı hovuzlar (ümumilikdə 3), ilkin tibbi yardım otağı, internet-klub, konfrans zalı və digər obyektlər var. Mərkəzdə eyni vaxtda 800-ə yaxın qonaq istirahət edə bilər.

Xəbər lenti