Logo

BANM tələbələri innovasiya intellektual yarışın qalibi olub

26.07.2024 09:55 960 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “InnoCamp - ASAN könüllülərinin innovasiya düşərgəsi”nin intellektual yarışının qalibi olublar.

BANM-in "CyberCell" komandası I, "TechTonic" komandası II, “CyberFortress” komandası isə III yerə layiq görülüb. 

Onlar Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs tələbələri Aysel Rəhimli və Rəşad Mütəlibov, habelə Biznesin idarə edilməsi ixtisasının I kurs tələbəsi Fuad Cavadzadədir.

İnnovasiyanın təşviqi məqsədilə keçirilən müsabiqədə həmçinin 3 ən yaxşı layihə də seçilib. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs tələbələri Şahin Məmmədzadə (ŞahMatrix) və Aysel Rəhimli (TechTonic), eləcə də sözügedən ixtisasın I kurs tələbəsi Məryəm Nəzərovanın (Cybitrus) layihələri qalib olub. 

Yarış “ASAN Könüllüləri” Təşkilatının və “Qala Sığorta” ASC-nin birgə  dəstəyi ilə Lənkəran şəhərində baş tutub.

 

Xəbər lenti