Logo

Bağçalara ərizələrin onlayn qeydiyyatı prosesinə başlanılır

16.07.2024 11:13 354 baxış
IMG

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatı prosesinə başlanılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil.biz" ə bildirilib ki, ötən ildən fərqli olaraq bu il məktəbəqədər təhsil müəssisələrinə uşaqların növbəyə yazılma prosesi müxtəlif yaş qrupları üçün fərqli vaxtlarda aktiv ediləcək.

Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.

Xəbər lenti