Logo

Bakıda “İslam dünyasının mədəni irsinin qorunub saxlanması” adlı konfrans keçiriləcək

13.05.2024 23:00 226 baxış
IMG

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) mayın 15-16-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş "İslam dünyasının mədəni irsinin qorunub saxlanması" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirəcək.

BMA-dan "Tehsil.biz"ə bildirilib ki, konfransda Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkiyə və İrandan olan bakalavr və magistrlər iştirak edəcəklər. Tədbir üzbəüz və distant formatda keçiriləcək, məruzələr iştirakçıların seçimi ilə Azərbaycan, rus, ingilis və türk dillərində təqdim olunacaq. Konfransın proqramına musiqi sənəti, mədəniyyətşünaslıq və pedaqogika sahəsinin əsas tematik istiqamətlərinə aid 47 məruzə daxil edilib.

Konfrans çərçivəsində BMA-nın magistri Samra Qaziyevanın Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun 90 illik yubileyinə həsr olunmuş "Arif Məlikovun "Dalğalar" Operettası" kitabının təqdimatı keçiriləcək.

Xəbər lenti