Logo

Musiqi məktəblərində işə qəbul üçün qeydiyyat mayın 22-də başa çatacaq

14.05.2024 16:43 144 baxış
IMG

Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin, həmçinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin işə qəbulu ilə bağlı test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunacaq müsabiqəyə qeydiyyat mayın 22-i, 18:00-da yekunlaşacaq.

Bu barədə "Tehsil.biz"ə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, işə qəbul qaydaları, test imtahanı və müsahibə mərhələsinin proqramları, habelə məktəb və mərkəzlərdə mövcud olan vakansiyalarla bağlı ətraflı məlumatı culture.gov.az və dim.gov.az saytlarından əldə etmək mümkündür.

Xəbər lenti