Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) ilə “Coders Azerbaijan” MMC arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
YTP-dən "Tehsil.biz"ə bildirilib ki, sənədi Yüksək Texnologiyalar Parkının baş direktoru Vasif Abbasov və “Coders Azerbaijan” MMC-nin həmtəsisçisi və idarə heyətinin üzvü Seymur Həmidov imzalayıblar.
Memorandumun məqsədi gənc kadrların müasir dövrün tələblərini yüksək səviyyədə qarşılayacaq şəkildə yetişməsinə və peşəkar mütəxəssislər kimi uğurlu karyera qurmasına dəstək olmaqdır.
“Coders Azerbaijan” rəqəmsal texnologiyalar sahəsində intensiv tədris fəaliyyəti göstərən təhsil mərkəzidir.