Logo

ADU-da COP29-la bağlı dəyirmi masa keçirilib - FOTO

14.05.2024 11:31 247 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Təhsil 2 fakültəsi nəzdində Linqvokulturologiya kafedrasının təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə COP29 mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Tədbirdə ETSN Milli Hidrometeorologiya Xidmətinin İqlim dəyişmələri və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Mətanət Avazova, Milli Hidrometeorologiya Xidmətinin İqlim dəyişmələri mərkəzinin direktor müavini Aygun Nərimanova, Milli Hidrometeorologiya Xidmətinin İqlim dəyişmələri mərkəzinin baş mütəxəssisi Nazilə Əhmədova, rektorun məsləhətçisi Anar Osmanlı, Təhsil 2 fakültəsinin dekanı dosent Salman Nuriyev, Linqvokulturologiya kafedrasının müdiri dosent Vüsalə Ağabəyli, Xarici dillər kafedrasının müdiri dosent Aida Sobor, Linqvokulturologiya kafedrasının müəllimləri və tələbələr iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açıq elan edən Linqvokulturologiya kafedrasının müdiri dosent Vüsalə Ağabəyli COP29 kimi Beynəlxalq miqyaslı tədbirin Azərbaycanda keçirilməsinin ölkəmizin həm ictimai-siyasi nüfuzu, həm də uğuru olduğunu vurğulayıb.

Daha sonra ETSN Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və  İqlim dəyişmələri şöbəsinin baş məsləhətçisi Mətanət Avazova "İqlim dəyişikliyi və Azərbaycanda iqlim dəyişikliyi fəaliyyətləri"adlı məruzə ilə çıxış edib.

ETSN Milli Hidrometeorologiya Xidmətinin İqlim dəyişmələri mərkəzinin direktor müavini Aygün Nərimanova COP29 tədbirinin məqsədi, öhdəliklərimiz haqqında geniş məlumat verib.

ETSN Milli Hidrometeorologiya Xidmətinin İqlim dəyişmələri mərkəzinin baş mütəxəssisi Nazilə Əhmədova tələbələrin suallarını cavablandırıb.

Rektor məsləhətçisi Anar Osmanlı tədbirin mahiyyətinin əvəzsiz olduğunu, tələbələr üçün maarifləndirici xüsusiyyət daşıdığını bildirib.

Tədbirin yekununda qonaqlarla əməkdaşlıq çərçivəsində COP29 layihəsi ilə bağlı növbəti mərhələlərdə görülə biləcək işlər müzakirə edilib.

Xəbər lenti