Respublikanın ümumi təhsil müəssisələrinin X sinif şagirdlərinin iştirakı ilə keçirilən “Şahin” hərbi-idman oyunlarında ümumilikdə bu il 20 min nəfər qeydiyyatdan keçib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, zona birinciliklərində 1500-ə yaxın şagird iştirak edib.
“Şahin” hərbi-idman oyunlarının keçirilməsində məqsəd məktəblilərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Qeyd edək ki, “Şahin” hərbi-idman oyunlarının final mərhələsi iyunun 10-da Lənkəranda keçiriləcək.