Logo

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Strasburq Universitetinin tələbələri istehsalat təcrübəsi keçirlər - FOTO

14.05.2024 17:08 228 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Fransanın Strasburq Universitetinin tələbələri istehsalat təcrübələri keçirlər.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Fransanın Strasburq Universitetinin birgə layihəsi olan UFAZ-da bakalavriat səviyyəsində kimya mühəndisliyi ixtisası üzrə təhsil alan beş tələbə və magistratura səviyyəsində II kursda təhsil alan bir tələbə institutun Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları, Nanokarbon katalizatorların iştirakında hidrogen peroksidlə oksidləşmə və Kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi laboratoriyalarında istehsalat təcrübəsi keçirlər.

Xəbər lenti