Logo

AzMİU nəzdində liseyin şagirdləri buraxılış imtahanlarında yüksək nəticə əldə ediblər

13.05.2024 17:39 275 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdləri Dövlət İmtahan Mərkəzi tərəfindən 11 illik və 9 illik təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında uğurlu nəticələr əldə ediblər.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, 2023/2024-cü tədris ilində keçirilmiş buraxılış imtahanlarında XI sinif şagirdlərinin 63 faizi 200 baldan yüksək nəticə göstərib. Buraxılış imtahanlarında ən yüksək nəticə isə Şəhriyar Əsədova məxsus olub. O, imtahanda mümkün 300 baldan 288 bal toplayıb. Liseyin digər şagirdləri Famil Eyvazlı 263 bal, Mirəli Alasman 256 bal, Nicat Qarayev isə 230 bal toplayıb. Doqquzillik təhsil səviyyəsi üzrə keçirilən imtahanlarda da liseyin şagirdləri öz yüksək nəticələri ilə seçilməyi bacarıblar. Fidan Məmmədova 267 bal, Vüsal Şahbuzlu 255 bal, Murad Qarayev 231 bal, Nazim Qədirov 212 bal, Gülnar İbrahimli 204 bal, Yusif İsmayılov 202 bal toplayıb.

Qeyd edək ki, Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyinin) 1997-ci il 07 yanvar tarixli 12 saylı əmrinə əsasən AzMİU-nun nəzdində fəaliyyətə başlayan Fizika-Riyaziyyat Təmayüllü Lisey təbiət elmləri üzrə ixtisaslaşıb və VII-XI siniflər üçün nəzərdə tutulub.

Xəbər lenti