Logo

III Bakı Elm Olimpiadasının finalçıları BDU-da olublar

13.05.2024 19:49 174 baxış
IMG

Paytaxtdakı 267 nömrəli tam orta məktəbin III Bakı Elm Olimpiadasının finalçıları olan X sinif şagirdləri Bakı Dövlət Universitetinin Biologiya fakültəsində olublar. 

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Nurlan Əmrahov fakültənin laboratoriyalarındakı cihazların iş prinsipləri ilə şagirdləri tanış edib, müasir tədqiqat texnologiyaları və metodları barədə məlumat verib. 

O, bitki biotexnologiyasının günümüzdə rolu, kənd təsərrüfatının əsas problemləri və onların aradan qaldırılmasında yeni metodların tətbiqi barədə danışıb. Şagirdləri hidropon texnologiyalarından istifadənin əhəmiyyəti, onların tətbiqi haqqında məlumatlandırıb.

Xəbər lenti