Logo

Azərbaycan dili imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları açıqlanıb

13.05.2024 15:59 197 baxış
IMG

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə mayın 12-də keçirilən imtahanda istifadə edilmiş qapalı tipli test tapşırıqlarının doğru cavab etalonları (9 illik, 11 illik) Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, hazırda imtahan materiallarının emalı aparılır.

Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin 2 həftə ərzində elan edilməsi nəzərdə tutulur.

Xəbər lenti