Logo

Allahşükür Paşazadə Portuqaliyaya gedir

14.05.2024 11:39 252 baxış
IMG

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Portuqaliyaya səfər edəcək. O, mayın 14-16-da “Transformativ dialoq: sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusunda Lissabonda keçiriləcək KAICIID 2024 Qlobal Forumunda iştirak və çıxış edəcək.

Bu barədə "Tehsil.biz"ə İdarədən məlumat verilib.

Bildirlib ki, səfər KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Baş katibi Zuheyr Alharsinin dəvəti əsasında həyata keçirilir.

Qlobal forumun nəzərdə tutulan məqsədi BMT-nin 2030-cu il gündəliyində təsbit edilən insan ləyaqətini təsdiq etmək naminə ümumi məqsədlərə doğru transformativ dialoq proseslərinin qurulması üçün yol xəritəsi haqqında qərar qəbul etməkdir.

Xatırladaq ki, QMİ sədri KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvüdür.

Xəbər lenti