AMEA-nın Mərkəzi Elmi Kitabxanasına Bakı Biznes Universitetinin nəşrləri təqdim edilib.
Bu barədə "Tehsil.biz"ə MEK-dən bildirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Sosial-iqtisadi inkişafda qlobal meyllər, çağırışlar və imkanlar” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransın materialları, “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” adlı metodik vəsait, “Beynəlxalq təcrübədə bələdiyyə idarəetməsi” adlı dərs vəsaiti, eləcə də ötən 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində dərc olunmuş “Audit” elmi-praktik jurnalının həmin il üzrə nömrələri təqdim olunan nəşrlər sırasındadır.
Nəşrlərdə Azərbaycan dilində işgüzar və akademik kommunikasiyanın nəzəri praktiki məsələləri, habelə nitq, natiqlik, təqdimetmə vərdişlərinin aşılanması qaydaları göstərilib, həmçinin xarici təcrübədə yerli özünüidarəetmənin təşkilinin əsas prinsipləri, kollegiallıq, qanunçuluq və müstəqillik prinsipləri, bələdiyyə orqanlarının strukturu və s. barədə geniş məlumat verilib.
Sözügedən nəşrlər bakalavriatlar, magistrantlar, doktorantlar, dövlət və bələdiyyə idarəçiliyi sahəsində tədris aparan tədqiqatçılar və ümumiyyətlə, yerli özünüidarəetmə sahəsi ilə maraqlananlar üçün nəzərdə tutulub.