Logo

Qabiliyyət imtahanları üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr edilib

14.05.2024 12:58 194 baxış
IMG

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin, tam (11 illik) və ümumi (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışlarını nəşr edib.

Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.

Xüsusi buraxılışlar “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənəti”, “Bədən tərbiyəsi və idman”, “Təsviri sənət/Memarlıq” və “Jurnalistika/İslamşünaslıq” istiqamətləri üzrə 5 adda nəşr edilib.

Jurnallarda xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi, ixtisaslar üzrə müsabiqə şərtləri, imtahan proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər və s. zəruri materiallar əksini tapıb.

Xüsusi buraxılışlarda həmçinin ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üçün keçirilən qabiliyyət imtahanları haqqında məlumat verilib.

Vəsaitləri DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Xəbər lenti