Logo

BDU ilə Karlov Universiteti arasında biotexnoloji tədqiqatlar müzakirə edilib - FOTO

13.05.2024 15:12 239 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova, Zoologiya və fiziologiya kafedrasının müdiri dosent Əbülfəz Tağıyev, dosent Nailə Abdullayeva və kafedranın müəllimi Nurlan Əmrahovdan ibarət nümayəndə heyəti “Erasmus+” proqramı çərçivəsində Çex Respublikasının Karlov Universitetində ikitərəfli görüşlərdə iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Karlov Universitetinin Təbiət elmləri fakültəsinin dekanı professor Jiri Zima, dekan müavini professor İvan Nemeç, Botanika kafedrasının müdiri professor Jiri Neustupa, Eksperimental bitki biologiyası kafedrasının müdiri professor Fatima Cvrckova, Ekologiya kafedrasının müdiri professor David Horak, Zoologiya kafedrasının müdiri Michal Vinklerin iştirakı ilə olan görüşlərdə birgə botaniki, zooloji, biotexnoloji tədqiqatların həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.

BDU alimləri səfər zamanı Çexiyanın paytaxtı Praqada yerləşən Kimya və Texnologiya Universitetinin professorları Katerina Demnerova və Olqa Valentova ilə də görüşüblər. Görüş zamanı ikitərəfli layihələr, birgə tədqiqatlar və tələbələr üçün mobillik qrantları barəsində danışılıb.

Səfər müddətində BDU əməkdaşları Praqa zooparkında və Botanika bağında nadir bitki və heyvan növləri, onların saxlanılma, becərilmə şəraiti ilə də yaxından tanış olublar.

Xəbər lenti